"Araz-Naxçıvan" - "Qarabağ" oyununun keçirilmə məkanı dəyişib

Xəbərlər
23 Oktyabr 2023 19:00
293
"Araz-Naxçıvan" - "Qarabağ" oyununun keçirilmə məkanı dəyişib

Azərbaycan Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib.

İdman.biz xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət əsasında oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qadınlar arasında Millətlər Liqası çərçivəsində oktyabrın 31-də təşkil olunacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən “Araz-Naxçıvan” klubu PFL-ə müraciət ünvanlayı. “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qarabağ" oyunu oktyabrın 30-da keçiriləcək və saat 19:00-da başlanacaq.

İdman.biz