Amil Ağacanov: “Rəqib qələbə qazanmaq üçün daha əzmkar idi”

12 Sentyabr 2026 21:55
90
Amil Ağacanov: “Rəqib qələbə qazanmaq üçün daha əzmkar idi”

Misli Premyer Liqasının beşinci turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olan “Qəbələ”nin məşqçisi Amil Ağacanov matçdan sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, Ağacanov qarşılaşmanın ardından keçirilən mətbuat konfransında komandasının oyununu dəyərləndirib.

“Stadionda əla atmosfer var idi. Bu kimi stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf etməyə davam edəcək. İlk hissədə daha yaxşı oynadıq və topa daha çox nəzarət etdik. İkinci hissədə daha çox topu itirdik. Lakin komandanın oyunundan məmnun qaldıq. Rəqib qələbə qazanmaq üçün daha əzmkar idi, ona görə də qalib gəldilər. Azarkeşlərimizi məmnun edə bilməməyimiz təəssüf doğurur. Bu gün bizdə aqressivlik, xarakter yox idi. Xarakter və qələbə istəyi olmasa, çətindir. Transfer pəncərəsi bağlıdır, amma yenə də yeni oyunçu gətirə bilərik”, - deyə o bildirib.

İdman.Biz