“İmişli” futbolçusu ilə yollarını ayırdı

12 Sentyabr 2026 17:54
106
“İmişli” futbolçusu ilə yollarını ayırdı

“İmişli” futbol klubu vingeri ilə vidalaşıb.

İdman.Biz fanat.Az-a istinadən xəbər verir ki, Vüsal Qənbərov “pələnglər”in sıralarını tərk edib.

Sözügedən oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Artıq Vüsalın karyerasını harada davam etdirəcəyi də dəqiqləşib. O, Misli Premyer Liqasının debütantı “Şəfa”ya keçib. Bakı təmsilçisinin bu transferi yaxın vaxtlarda açıqlayacağı gözlənilir.

İdman.Biz