Rəhim Həsənov “Şəfa” - “Kəpəz” matçındakı hakim səhvini təsdiqlədi - VİDEO

27 Oktyabr 2026 20:12
117
Rəhim Həsənov “Şəfa” - “Kəpəz” matçındakı hakim səhvini təsdiqlədi

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 9-cu turunda keçirilən “Şəfa” - “Kəpəz” qarşılaşmasında baş hakim Cavid Cəlilovun səhvə yol verdiyini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, komitə sədri AFFA-nın mətbuat xidmətinə açıqlamasında görüşün 15-ci dəqiqəsində “Şəfa”nın qapısına təyin olunan penaltinin əsassız olduğunu bildirib.

Rəhim Həsənov turun ümumilikdə altı oyununda qeydə alınan mübahisəli hakim qərarlarına da münasibət bildirib.

İdman.Biz