Yankoviçin müqaviləsi yeniləndi

Xəbərlər
24 Sentyabr 2023 19:16
129
Yankoviçin müqaviləsi yeniləndi

“Qarabağ” Marko Yankoviçlə müqaviləni uzadıb.

İdman.biz saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu 28 yaşlı futbolçu iki illik yeni müqavilə imzalayıb. Monteneqrolu yarımmüdafiəçi ilə razılaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

2022-ci ilin yayından komandamızda çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

İdman.biz