Azərbaycan İkinci Liqasının altıncı turuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Haypers” - “Marafon” görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Dinamo” səfərdə “Ağdaş”a 4:0 hesabı ilə qalib gəlib. “Şirvan” - “Difai” qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.
Altı turdan sonra turnir cədvəlinə 16 xalla “Şirvan” başçılıq edir. “Qaradağ Lökbatan” 15 xalla ikinci, “Marafon” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.
“Ağstafa Gəncləri”nin 12, “Zəngəzur” və “Dinamo”nun hərəsinin 9, “Şəmkir”in 8, “Haypers”in 7 xalı var. “Kür-Araz” və “Difai” hərəyə 4, “Şəki” və “Ağdaş” isə hərəyə 3 xal toplayıblar.
