“Sabah”ın yeni transferi: Məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır

Xəbərlər
14 Sentyabr 2023 19:46
“Sabah”ın yeni transferi: Məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır

Burada olmaqdan çox şadam. Yeni klubumda ilk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm.

İdman.biz xəbər verir ki, bu sözləri “Sabah” komandasının yeni transferi İshak Belfodil klubun rəsmi saytına açıqlamasında deyib.

“Sabah”ın gənc kollektiv olduğunu söyləyən əlcəzairli hücumçu bildirib ki, əsas məqsədi klubun tarixi uğurlarında pay sahibi olmaqdır: “Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. Var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək".

Qeyd edək ki, “Sabah” klubu İshak Belfodillə 2+1 illik müqavilə imzalayıb.

İdman.biz