“Şəfa” futbolçusu Elnur Cəfərovla müqavilə müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.
29 yaşlı vingerlə bir illik anlaşmaya imza atılıb.
Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”nın formasını geyinir. O, Azərbaycan Premyer Liqasına yüksələn komandanın aparıcı üzvlərindən biri olub.
