“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi məlum olub.
İdman.Biz xəbər verir ki, Azərbaycan komandası Uelsin TNS klubu ilə qarşılaşacaq.
Komandalar arasında ilk oyun Azərbaycanda keçiriləcək.
11:54
“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
İdman.Biz xəbər verir ki, Bakı klubunun mümkün rəqibləri yeddiyə düşüb.
Bunlar İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın “KuPS”, Cəbəllütariqin “Linkoln”, Latviyanın “Riqa”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larne” və Uelsin TNS klublarıdır.
Qeyd edək ki, “Sabah”ın potensial rəqiblərinin sayı UEFA-nın püşkatma proseduruna görə azalıb. Bakı klubu ilkin mərhələdə səpələnməmiş komandalar sırasında yer aldığından, əvvəlcə birinci təsnifat mərhələsinin 14 səpələnmiş iştirakçısından biri ilə qarşılaşa bilərdi. Lakin püşkatmadan əvvəl UEFA komandaları yarımqruplara ayırıb və nəticədə “Sabah” üçün mümkün rəqiblərin sayı yeddiyə enib.
Xatırladaq ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
09:20
Bu gün “Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya Krayova”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” kollektivləridir.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
