“Tottenhem” Tonali uğrunda mübarizəyə qoşulub

16 İyun 2026 09:08
75
“Tottenhem” Tonali uğrunda mübarizəyə qoşulub

“Tottenhem” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonaliyə ciddi maraq göstərir.

İdman.Biz-in jurnalist Fabrizio Romanoya istinadən məlumatınə görə, baş məşqçi Roberto De Dzerbi 26 yaşlı italyan oyunçunu meydanın mərkəzini gücləndirə biləcək oyunçu kimi görür.

“Tottenhem” Tonali üçün “Mançester Siti” və “Arsenal”la rəqabət aparmağa hazırdır. London klubunun bu yeni layihə ilə ciddiliyini nümayiş etdirmək əzmində olduğu bildirilir.

Tonali 2023-cü ilin yayından “Nyukasl”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi 53 oyunda iştirak edib, üç qol vurub və altı məhsuldar ötürmə edib. “Nyukasl” bu mövsüm Premyer Liqada 12-ci yeri tutub.

İdman.Biz