“Brayton” rəsmi olaraq Yunanıstanın “Olimpiakos” klubundan 26 yaşlı sağ cinah müdafiəçisi Joao Pedro Koştinya ilə müqavilə imzalayıb.
İdman.Biz bildirir ki, “qağayılar”ın mətbuat xidməti bu barədə komandanın rəsmi saytında məlumat verib.
Müqavilənin dəyəri 11 milyon funt sterlinqdir və beş illikdir.
“Brayton”un baş məşqçisi Fabian Hürtseler müqavilə ilə bağlı şərh verib: “Koştinya bir müddətdir yaxından izlədiyimiz oyunçudur. O, dəyər verdiyimiz müdafiə qabiliyyətinə, intensivliyə və anlayışa malikdir və inanırıq ki, o, komandaya əla bir əlavə olacaq. Onun Premyer Liqada bizimlə inkişafını davam etdirmək qərarına gəlməsindən məmnunam”.
Portuqaliyalı futbolçu 2024-cü ildən “Olimpiakos”da çıxış edir. Bu müddət ərzində o, 74 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.
