“Bavariya”nın keçmiş oyunçusu Ştefan Effenberq “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppu Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann haqqında verdiyi açıqlamaya görə tənqid edib.
İdman.Biz xəbər verir ki, daha əvvəl Almaniya televiziyasında ekspert olan Klopp efirdə bildirib ki, Nagelsmann “hələlik” Almaniya millisinin baş məşqçisi olduğu üçün “hələlik” milli komandanın heyətini seçir.
2026-cı il dünya çempionatının ilk matçında almanlar Kürasaonu 7:1 hesabı ilə məğlub ediblər.
“Belə olmaz. O, milyonlarla izləyiciyə müraciət edir. Və bütün bunların əsnasında o, qəhqəhə çəkdi. Bu kimi şərhləri barda pivə içərkən etmək olar, amma milyonlarla izləyicinin qarşısında qətiyyən yox. Bu, qəbuledilməzdir”, - Effenberq “Sport1”ə verdiyi müsahibədə bildirib.
