DÇ-2026-da altıncı gün: Fransa və Argentina meydana çıxır

16 İyun 2026 09:35
81
DÇ-2026-da altıncı gün: Fransa və Argentina meydana çıxır

Futbol üzrə 2026-cı il dünya çempionatında altıncı oyun gününün qarşılaşmaları keçiriləcək.

İdman.Biz xəbər verir ki, I və J qruplarının birinci turu çərçivəsində dörd oyun baş tutacaq.

Günün ilk matçında Fransa millisi Seneqalla üz-üzə gələcək. Ardınca İraq Norveçi sınağa çəkəcək.

Gecənin əsas qarşılaşmalarından birində son dünya çempionu Argentina Əlcəzairlə qarşılaşacaq. Altıncı oyun gününə Avstriya - İordaniya matçı ilə yekun vurulacaq.

DÇ-2026, altıncı oyun günü
16 iyun

23:00 Fransa - Seneqal

17 iyun
02:00 İraq - Norveç
05:00 Argentina - Əlcəzair
08:00 Avstriya - İordaniya

İdman.Biz