Uruqvay büdrədi, Səudiyyə Ərəbistanı təəccübləndirdi - VİDEO

16 İyun 2026 07:58
392
Uruqvay büdrədi, Səudiyyə Ərəbistanı təəccübləndirdi - VİDEO

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatı 2026-nın H qrupunun ilk turunda Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İdman.Biz xəbər verir ki, hesabı 41-ci dəqiqədə Səudiyyə Ərəbistanı açıb.

Künc zərbəsindən sonra topu qapı önündən tora göndərən Abdullah Əl-Əmri komandasını hesabda önə keçirib – 1:0.

Fasilədən sonra təşəbbüsü tam ələ alan Uruqvay ardıcıl təhlükəli hücumlar qurub. 60-cı dəqiqədə Manuel Uqartenin zərbəsi dirəyə tuş gəlib.

Cənubi amerikalıların təzyiqi 80-ci dəqiqədə nəticə verib. Maksi Arauxo cərimə meydançasında yaranan qarışıqlıqdan yararlanaraq hesabı bərabərləşdirib – 1:1.

Oyunun sonlarında Uruqvay qələbə qolunu vurmağa çox yaxın olsa da, qapıçı Məhəmməd Əl-Uveys bir neçə möhtəşəm seyvlə komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, ilk turdan sonra H qrupunda nadir vəziyyət yaranıb.

Daha əvvəl İspaniya və Kabo-Verde qolsuz heç-heçə etdiyindən qrupun bütün komandalarının hesabında bir xal var. Pley-off uğrunda mübarizə isə tam açıq qalır.

İdman.Biz