DÇ-2026: İran və Yeni Zelandiya məhsuldar heç-heçə etdilər - VİDEO

16 İyun 2026 08:02
115
DÇ-2026: İran və Yeni Zelandiya məhsuldar heç-heçə etdilər

2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda İran və Yeni Zelandiya milliləri üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərindəki SoFi Stadiumunda keçirilən G qrupunun oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı görüşün 7-ci dəqiqəsində Yeni Zelandiya yığmasının hücumçusu İlayca Cast açıb. İran millisi isə 33-cü dəqiqədə müdafiəçi Ramin Rəzayianın qolu ilə tarazlığı bərpa edib.

İkinci hissədə Cast yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasını önə keçirib. Lakin Okeaniya təmsilçisi üstünlüyünü qoruya bilməyib. Məhəmməd Mohebi qısa müddət sonra hesabı bərabərləşdirib.

Qalan dəqiqələrdə hər iki komandanın qələbə qazanmaq üçün imkanları olsa da, hesab dəyişməyib.

Beləliklə, ilk turdan sonra G qrupundakı bütün komandaların aktivində bir xal var. Xatırladaq ki, daha əvvəl keçirilən Belçika – Misir görüşü də 1:1 hesabı ilə yekunlaşıb.

İkinci turda İran millisi Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə Misirlə münasibətlərinə aydınlıq gətirəcək.

İdman.Biz