Bir oyunla izləyici sayı 50 mindən 5,5 milyona yüksəldi - VİDEO

16 İyun 2026 10:28
86
Bir oyunla izləyici sayı 50 mindən 5,5 milyona yüksəldi - VİDEO

Kabo Verde millisinin qapıçısı Vozinya İspaniya ilə matçdan sonra sosial şəbəkələrin ən çox danışılan futbolçularından birinə çevrilib

İdman.Biz xəbər verir ki, 40 yaşlı qolkiper İspaniya millisi ilə qarşılaşmadan əvvəl sosial şəbəkədə o qədər də tanınmırdı. Onun “Instaqram” hesabını təxminən 50 min nəfər izləyirdi. Portuqaliyanın aşağı liqa təmsilçisi “Şavış”ın qapıçısını klubunun azarkeşlərindən başqa, demək olar ki, heç kim tanımırdı.

Lakin İspaniya ilə matçda göstərdiyi möhtəşəm performans hər şeyi dəyişib. Vozinya oyunda yeddi seyv edib və komandasının qapısını toxunulmaz saxlayaraq 0:0 hesablı heç-heçədə əsas pay sahibi olub. Qarşılaşmanın ən yaxşı futbolçusu seçilən qapıçı qısa müddətdə dünya futbolsevərlərinin diqqət mərkəzinə düşüb.

Matçdan sonra onun “Instaqram” izləyicilərinin sayı sürətlə artaraq 2 milyonu keçib. Hazırda isə bu rəqəm 5,5 milyona çatıb və artım davam edir.

Beləliklə, bir oyun və uğurlu performans Vozinyanı qısa müddətdə futbolun ən məşhur simalarından birinə çevirib.

İdman.Biz