UEFA Avropa Liqasında 2026/2027 mövsümünün birinci təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
İdman.Biz bildirir ki, püşkatmanın nəticələrinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub.
“Qarabağ” ilk oyunu Bakıda keçirəcək.
10:13
Bu gün UEFA Avropa Liqasında 2026/2027 mövsümünün birinci təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.
İdman.Biz xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə “Qarabağ”ın rəqibi bəlli olacaq.
Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya Krayova” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), və “Vestri” (İslandiya) komandaları yer alıb.
Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
