İngiltərənin “Liverpul” futbol komandasının yarımmüdafiəçiləri Kertis Cons və Dominik Soboslai arasında ABŞ-də keçirilən yoxlama oyunundan sonra gərginlik yaşanıb.
İdman.Biz “Blikk”ə istinadən xəbər verir ki, hadisə “Liverpul”un Nyu-Yorkda “Rekshem”i 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra baş verib. Oyuna kapitan kimi başlayan Soboslai 76-cı dəqiqədə əvəzlənərkən sarğını müdafiəçi Kostas Tsimikasa verib.
Matçın ardından yayılan görüntülərdə Consun əvvəl Soboslai, daha sonra Tsimikasla emosional şəkildə danışdığı görünür. Azarkeşlər mübahisənin kapitan sarğısının Consa deyil, Tsimikasa verilməsi ilə bağlı olduğunu ehtimal ediblər. Bununla belə, futbolçular və klub mübahisənin səbəbi barədə rəsmi açıqlama verməyiblər.
Sosial şəbəkələrdə yayılan daha geniş görüntülərdə isə Tsimikasın kapitan sarğısını çıxararaq yerə atması diqqət çəkib.
