“Brentford” Mamadu Sanqare üçün 48 milyon avro ödəyəcək

31 İyul 2026 13:46
107
“Brentford” Mamadu Sanqare üçün 48 milyon avro ödəyəcək

Fransanın “Lans” futbol komandasının malili yarımmüdafiəçisi Mamadu Sanqare karyerasını İngiltərənin “Brentford” komandasında davam etdirməyə yaxındır.

İdman.Biz “L'Équipe”ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Lans”ın düşərgəsini tərk edib və transferini yekunlaşdırmaq üçün Parisə yollanıb. “Brentford” Sanqare üçün 48 milyon avro (93,4 milyon manat) ödəyəcək. Məbləğə bonuslar daxil deyil.

Sanqare cəmi bir il əvvəl Avstriyanın “Rapid” komandasından “Lans”a keçib. Fransa təmsilçisi onun üçün beş milyon avro ödəyib, daha üç milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. Beləliklə, “Lans” bir mövsümdən sonra yarımmüdafiəçinin satışından böyük gəlir əldə etməyə hazırlaşır.

48 milyon avroluq əsas məbləğ “Lans” tarixinin ən bahalı satışı olacaq.

İdman.Biz