UEFA Konfrans Liqası: “Zirə”nin ilk mərhələdəki rəqibi bəllidir - YENİLƏNİB

16 İyun 2026 20:08
722
UEFA Konfrans Liqası: “Zirə”nin ilk mərhələdəki rəqibi bəllidir

“Zirə” futbol klubunun UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsindəki rəqibi bəllidir.

İdman.Biz bildirir ki, qəsəbə klubu ilk mərhələdə “Torpedo” (Kutaisi, Gürcüstan) ilə üz-üzə gələcək.

İlk qarşılaşma Azərbaycanda keçiriləcək.

11:49

“Zirə” futbol klubunun UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

İdman.Biz xəbər verir ki, “qartallar”ın mümkün rəqiblərinin sayı beşə düşüb.

Bunlar “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya) və “Petrovats”dır (Monteneqro).

Qeyd edək ki, “Zirə”nin potensial rəqiblərinin sayı UEFA-nın püşkatma proseduruna görə azalıb. Bakı klubu ilkin mərhələdə səpələnməmiş komandalar sırasında yer aldığından, əvvəlcə birinci təsnifat mərhələsinin 26 səpələnmiş iştirakçısından biri ilə qarşılaşa bilərdi. Lakin püşkatmadan əvvəl UEFA komandaları yarımqruplara ayırıb və nəticədə “Zirə” üçün mümkün rəqiblərin sayı beşə enib.

Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

10:04

Bu gün “Zirə” futbol klubunun UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belədir:

“Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnas-Ki Nomads” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Turku, Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “UNA Strassen” (Lüksemburq), “Heqelmann” (Litva), “Peynbont” (Uels), NSİ (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nımme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Kaernarfon Taun” (Uels), “Mondorf-les-Bayns” (Lüksemburq), “Petrovats” (Monteneqro).

Qeyd edək ki, UEFA Konfrans Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

İdman.Biz
Məqalədə: