“Sabah” Patrik Orfe Mbinanın transferini rəsmiləşdirib

16 İyun 2026 10:43
104
“Sabah” Patrik Orfe Mbinanın transferini rəsmiləşdirib

“Sabah” klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mbina bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz