Kiprin "Pafos" klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədov yeni komandasında ilk qolunu vurub.
İdman.Biz xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda
Avstriyanın "Zalsburq" komandasına qarşı keçirilən görüşün 82-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub və 2 dəqiqə sonra fərqlənib.
Oyun 3:3 hesabı ilə başa çatıb. Komandalar arasında keçirilən ilk oyunda "Zalsburq" 1:0 hesabı ilə qalib gəldiyindən avstriyalılar Avropa Liqasında növbəti mərhələyə yüksəliblər.
“Pafos” isə Konfrans Liqasının pley-off mərhələsində gücünü sınayacaq.
