Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik” - VİDEO

13 Avqust 2026 23:21
158
Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”

“Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin”.

İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin asfaltda məşq etdiyi barədə suala cavab verərkən deyib.

“Asfatlda məşq etməyib məncə..Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik”, - Qurbanov deyib.

Baş məşqçi qapıçı Mateuş Koxalskinin ehtiyatda qalmasına da toxunub: “Oyunu qane edir. Ayrılmağı ilə bağlı da heç bir fikir, danışıq yoxdur. Sadəcə bəzi yazılar var idi. Amma elə şey yoxdur. Futbolçulara bəzən istirahət daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Koxalskinin getməsi barədə heç nə yoxdur. Martinin oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm”.

Oyun 2:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb və “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Polşada keçirilən ilk matç 1:0 hesabı ilə kiyevlilərin xeyrinə başa çatmışdı.

İdman.Biz