Qurban Qurbanov: “Biz özümüz də uşaqlıqda “Dinamo Kiyev”in azarkeşi olmuşuq”

13 Avqust 2026 22:49
121
Qurban Qurbanov: “Biz özümüz də uşaqlıqda “Dinamo Kiyev”in azarkeşi olmuşuq”

“Gərgin stresli oyun idi, amma futbolçularımız oyunun içində idilər”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev "Dinamo"suna qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.

“Qarşımızda uduzmaq istəməyən rəqib var idi. Topla düzgün şeylər etdik. Toplu da, topsuz da. Vacib qələbə əldə etdik. Azarkeşlərimizə təşəkkür edirik, meydanda birlik var idi. Sanki keçən ili Çempionlar Liqasının qrupundakı ab-hava, birlik bu gün də stadionda var idi. Rəqibə də uğurlar arzulayıram. Bizim üçün bu cür rəqiblə oynayıb, qalib gəlmək xoş oldu. Bakıda “Dinamo Kiyev”ə azarleşlik edənlər çoxdur. Biz özümüz də uşaq vaxtı azarkeşlik etmişik onlara”, - Qurbanov bildirib.

Oyun 2:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb və “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Polşada keçirilən ilk matç 1:0 hesabı ilə kiyevlilərin xeyrinə başa çatmışdı.

İdman.Biz