Elmar Baxşıyev: “Oyun keyfiyyətini yaxşılaşdırmalıyıq"

Xəbərlər
13 Aprel 2024 22:19
123
Elmar Baxşıyev: “Oyun keyfiyyətini yaxşılaşdırmalıyıq"

“Dinamik olmasa da, hər iki komanda hücum futbolu haqda düşünürdü”.

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyəti şərh edib: "Bəzi elementlər var idi ki, futbolçulardan onları ala bildik. Amma komanda ilə qısa vaxtdır bir yerdə işləyirik. Gələcəkdə oyun planında daha yaxşı olacağımızı düşünürəm. Çempionatın başa çatmasına az vaxt qalıb. İndi desəm ki, qalan vaxt ərzində hər şeyi yaxşı vəziyyətə gətirəcəyik, yox, amma pillə-pillə buna nail olacağıq. Təklif gələndə də düşünmədən qəbul etdim, çünki klubun gələcək planları maraqlı gəldi. Müqavimətə davamlı komanda yaratmaq tapşırığı verilib. Avrokuboklara da hazır olmaq lazımdı, amma sırf orada oynamalıyıq deyə bir şey yoxdu. Bu yalnız istəklə olmur, gündəlik çalışmalarla buna nail olmalıyıq. İndiki məqamda oyun keyfiyyətini yaxşılaşdırmalıyıq".

Qeyd edək ki, Elmar Baxşıyev "Araz-Naxçıvan"ın baş məşqçi vəzifəsində debüt edib.

İdman.biz