“Barselona” futbol klubu Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresin transferi imkanını nəzərdən keçirməyə davam edir.
İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, klub prezidenti Joan Laporta 26 yaşlı argentinalını komandanı gücləndirmək üçün prioritet variant hesab edir.
Bahalı transferi maliyyələşdirmək üçün Kataloniya klubu iki futbolçu ilə yollarını ayıra bilər. Klubun planlarına qış transfer pəncərəsində müdafiəçi Alexandro Baldenin mümkün satışı daxildir. Bundan əlavə, yarımmüdafiəçi Frenki de Yonqun da komandadan ayrılması istisna edilmir.
“Barselona” rəhbərliyi bu transferlərdən əldə olunacaq vəsaitin Alvaresin transfer xərclərinin əhəmiyyətli hissəsini qarşılamağa imkan verəcəyinə ümid edir.
Qeyd edək ki, Alvares klubunu dəyişməyə maraqlı olsa da, “Atletiko” argentinalının satışı ilə bağlı danışıqlar aparmayıb.
“Barselona” Alvaresi transfer etmək üçün qışda yeni cəhd göstərə bilər.
