Atası nigeriyalı, anası azərbaycanlıdır: “Qarabağ”ın futbolçusunun böyük arzusu - VİDEO

12 Sentyabr 2026 00:14
33
Atası nigeriyalı, anası azərbaycanlıdır: “Qarabağ”ın futbolçusunun böyük arzusu

"Qarabağ"ın U-14 komandasının futbolçusu Ceyms Eziaşi futboldakı məqsədlərindən danışıb.

İdman.Biz xəbər verir ki, atası nigeriyalı, anası azərbaycanlı olan gənc oyunçu "ASAN TV"-yə müsahibə verib.

Bakıda böyüyən Ceyms hazırda "Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.

Eziaşi etiraf edib ki, gələcəkdə Azərbaycan millisinin şərəfini qorumaq istəyir.

Onun hədəfləri arasında "Barselona", "Real" və "PSJ" kimi Avropa nəhənglərində çıxış etmək də var.

Paris klubu onun arzularında xüsusi yer tutur.

Gənc futbolçunun sözlərinə görə, bir dəfə ona hətta "PSJ"də oynadığı yuxusuna da girib.

İdman.Biz