“Neftçi” Azərbaycan Premyer Liqasının beşinci turunda səfərdə “İmişli”ni məğlub edib.
İdman.Biz xəbər verir ki, görüş Bakı klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.
Lakin “İmişli” fasiləyə qədər hesabı bərabərləşdirib. 30-cu dəqiqədə Bəxtiyar Həsənəlizadə fərqi azaldıb. Birinci hissəyə əlavə olunmuş yeddinci dəqiqədə isə Azər Salahlı penaltini dəqiq yerinə yetirib – 2:2.
“Neftçi”nin qələbə qolunu 80-ci dəqiqədə Qustavo Klisman vurub və matçın yekun hesabını müəyyənləşdirib – 3:2.
Bu nəticədən sonra “Neftçi” 12 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “İmişli” isə 4 xalla səkkizinci sırada qərarlaşıb.
18:14
“İmişli” - “Neftçi” oyununda qonaqlar yenidən hesabda önə keçib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisinin heyətində Qustavo Klisman 80-cı dəqiqədə möhtəşəm qola imza atıb.
17:39
Misli Premyer Liqasının beşinci turunun “İmişli” - “Neftçi” oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, birinci hissədə tərəflər hər biri iki dəfə fərqlənib və hesab 2:2-dir.
17:31
Misli Premyer Liqasının beşinci turunun “İmişli” - “Neftçi” oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab bərabərdir - 2:2.
17:25
Misli Premyer Liqasının beşinci turunun “İmişli” - “Neftçi” oyununda hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, 45+7-ci dəqiqədə “İmişli”nin futbolçusu Azər Salahlı penalti zərbəsindən hesabı dəyişib - 2:2
17:06
Misli Premyer Liqasının beşinci turunun “İmişli” - “Neftçi” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 29-cu dəqiqədə “İmişli”nin futbolçusu Bəxtiyar Həsənalızadə qol vurub - 1:2.
17:01
Misli Premyer Liqasının beçinci turunun “İmişli” - “Neftçi” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 28-ci dəqiqədə Breno Almeyda “Neftçi” klubunu hesabda irəli çıxarıb - 0:2.
16:45
Misli Premyer Liqasının beşinci turunun “İmişli” - “Neftçi” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 12-ci dəqiqədə Freddi Varqas “Neftçi” klubunu hesabda irəli çıxarıb - 0:1.
16:31
Bu gün futbol üzrə Misli Premyer Liqasının beşinci turunun “İmişli” - “Neftçi” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Kamranbəy Rəhimov idarə edir.
15:24
“İmişli” Misli Premyer Liqasının beşinci turunda Yevlax şəhər stadionunda “Neftçi”ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 16:25-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“İmişli”: 22. Sadiq Məmmədzadə 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 33. Əkbər Eyubov 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr 80. Deko
Ehtiyat oyunçular: 1. Yusif İmanov 17. Seyxan Fərəcov 70. Mehdi Tahirov 55. Murad Ələkbərov 30. Xəlil Mürsəlli 13. Rafael Vieqaş 10. Dioqo Kardozu 8. Xuan Hernandes 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 3. Rüfət Abbasov 77. Falaye Sako 18. İfeanyi Metyu 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas 11. Alen Şkribek
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 81. Məhdi Həsənov 14. Elvin Bədəlov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 26. Adeleke Akinyemi 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidub
09:23
Bu gün futbol üzrə Misli Premyer Liqasının beşinci tur başlayır. İlk oyun “İmişli” və “Neftçi” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:25-da start götürəcək qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.
“İmişli” dörd xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. Doqquz xala malik “Neftçi” isə liderdir.
Misli Premyer Liqası
Birinci dövrə, beşinci tur
11 sentyabr
16:30. “İmişli” - “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.
