“Sumqayıt” futbol klubu transfer çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, klub son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb.
25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Pau” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində isə 9 oyun keçirib.
