Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında ikinci tura yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun sonuncu oyununda MOİK “Şimal”la qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı qonaqlar açıb, Z. Mərdanov 49-cu dəqiqədə fərqlənib. MOİK-in heyətində isə cavab qolunu N. Osmanov 66-cı dəqiqədə vurub.
MOİK - “Şimal” - 1:1
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0, “Zaqatala” “Baku Sportinq”i 3:0, “Səbail” “Mingəçevir”i 2:1 və “Gəncəbasar” “Xankəndi”ni 2:1 hesabı ilə məğlub edib.
10:38
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında ikinci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun üçüncü oyun günündə bir qarşılaşma keçiriləcək.
MOİK “Şimal”la üz-üzə gələcək. Binədə keçiriləcək görüş saat 16:30-da başlayacaq.
Birinci Liqa, ikinci tur
11 sentyabr
16:30. MOİK - “Şimal”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Karvan-Yevlax”ı (2:0), “Zaqatala” “Baku Sportinq”i (3:0), “Səbail” “Mingəçevir”i (2:1) və “Gəncəbasar” “Xankəndi”ni (2:1) məğlub edib.
