“Qarabağ” 9, “Neftçi” 20 pillə irəliləyib

Xəbərlər
10 Mart 2024 14:14
411
“Qarabağ” 9, “Neftçi” 20 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, IFFHS-nin tərtib etdiyi siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb.

Azərbaycan çempionu “Qarabağ” ötən aya nisbətən 9 pillə irəliləyib. Hesabında 164,75 xal olan Ağdam klubu 61-ci yerdə qərarlaşıb.

Azərbaycanın digər təmsilçisi “Neftçi” 60,75 xalla 378-ci pillədə yer alıb. “Ağ-qaralar” ötən aya nisbətən 20 pillə irəliləyiblər.

Qeyd edək ki, reytinqə UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir. “Real” (313 xal) ikinci, “İnter” (307 xal) üçüncü pillədə yer alıb.

İdman.biz