Samir Abasov: “Bura sadəcə tamadalıq etməyə gəlmişəm”

Xəbərlər
4 Fevral 2024 18:13
1 006
Samir Abasov: “Bura sadəcə tamadalıq etməyə gəlmişəm”

"Oyunu sırf futbolçular uddu. Mənim xəbərim yoxdur. Özləri hazırlaşdılar, dedilər ki, oyunu özümüz çıxaracağıq. Bura sadəcə tamadalıq etməyə gəlmişəm”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXI turunda “Neftçi”ni (2:1) məğlub etdikdən sonra deyib.

Təcrübəli mütəxəssis azarkeşlərin tribunaları doldurmasına münasibət bildirib: “Azarkeşlərə təşəkkür edirəm ki, bu atmosferi bizə yaşatdılar. Hər iki komandanın azarkeşləri futbol oyununun ritmini saxladılar. Bu gün komnada ən yaxşsını edir. Azarkeşlərin stadiona gəlməsi bizə stimul verir. Onlar gəlsin ki, bizim də işimiz yüngülləşsin. Hansısa futbolçunu komandaya dəvət edəndə, tribunalara baxır. Oynamaq bizdən, tirbunaları doldurmaq azarkeşlərdən. Sumqayıt idman şəhəridir. "Məşqçi filan şey etdi, futbolçu niyə vurmadı" sözlərini gəlib stadionda desinlər".

Samir Abasov komandasının çatışmazlığından danışıb: “Ümumi komanda bu gün yaxşı idi. Bir neçə oyun əvvəl güc bölgüsü ilə bağlı danışmışdım. Bu oyunda baş verənlər də, sözlərimə peçat oldu. İkinci hissə başlayandan sona qədər komandada çöküş getdi. Biz rəqibə görə oynadıq, əks-hücumlara keçdik. Amma onları yüksək səviyyədə edə bilməməyimizin səbəbi, gücümüzün o dərəcədə olmaması idi. Son kubok matçında çox enerji sərf etdi. Buna görə demişdim ki, bizə həm ora köklənək. Bilirdik ki, stadionun açılışı olacaq və "Neftçi" ilə oyuna köklənməliyik. Kubokda hər şeyin bizim üçün itdiyini demək olmaz. Doğrudur, bizim yolda "Sabah", "Neftçi", "Qarabağ" var. Bizi bura niyə salmısız? Bircə, "Qalatasaray" qalıb, onu da gətirin də. Çox çətin olacaq. Başa düşürük. Amma yenə də əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, hesabında 34 xal olan “Sumqayıt” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

İdman.biz