Bu gün "Kəpəz"in əvəzedicilərdən ibarət heyəti Azərbaycanın U-19 yığması ilə yoxlama matçı keçirib.
İdman.Biz xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüş 1:1 hesabı ilə nəticələnib.
Birinci hissəsi qolsuz bərabərliklə başa çatan oyunda fasilədən sonra milli komanda hesabı açıb. "Kəpəz" Amur Yusifovun qolu sayəsində tarazlığı bərpa ediblər.
Qeyd edək ki, U-19 yığması "Kəpəz"in bazasında təşkil olunan təlim-məşq toplanışı çərçivəsində oktyabrın 2-də əsas komanda ilə qarşılaşacaq.
