“Qəbələ” sabiq futbolçusu ilə müqavilə imzaladı

25 Sentyabr 2026 20:52
93
“Qəbələ” sabiq futbolçusu ilə müqavilə imzaladı

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, klub Rafael Utziqlə cari mövsümünün sonuna qədər müqavilə imzalayıb.

30 yaşlı braziliyalı vinger daha əvvəl də “Qəbələ”də çıxış edib. O, 2020-2023-cü illərdə komandanın heyətində 94 oyuna çıxıb və 18 qol vurub. O, daha sonra Azərbaycanda “Zirə” komandasında da oynayıb.

Rafael Utziq son olaraq Vyetnamın “Ho Çi Minh Siti” klubunda çıxış edib.

İdman.Biz