21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, B qrupunda yer alan millimiz Çexiya yığması ilə qarşılaşıb.
“Əlincə Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Qonaqlar 38-ci dəqiqədə Filip Lissanın qolu ilə hesabı açıblar. Azərbaycan komandası fasiləyə az qalmış – 45-ci dəqiqədə Eşqin Əhmədovun qolu ilə tarazlığı bərpa edib.
Səkkiz oyundan sonra 7 xal toplayan Azərbaycan millisi qrupda beşinci pillədə qərarlaşıb. Çexiyanın 15 xalı var və ikinci mövqedədir. Yeddi matçdan 19 xal toplayan Portuqaliya isə liderlik edir.
Qeyd edək ki, U-21 millimiz qrupda növbəti oyununu sentyabrın 30-da səfərdə Şotlandiya yığmasına qarşı keçirəcək.
09:28
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi yığma Bakıda Çexiya U-21 komandası ilə üz-üzə gələcək.
“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:45-də başlayacaq. Görüşü İrlandiyadan olan FIFA referisi Aaron O’Doud idarə edəcək.
Qeyd edək ki, Azərbaycan U-21 millisi seçmə mərhələdə növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə Bakıda Cəbəllütariqə qarşı keçirəcək.
