Şahruddin qələbə hesabını qoruya bilməyib - VİDEO

Xəbərlər
20 Yanvar 2024 22:03
214
Şahruddin qələbə hesabını qoruya bilməyib - VİDEO

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor”un qələbəsiz oyunlar seriyası dördə yüksəlib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı “Ankaragücü” ilə 1:1 hesabı ilə yekunlaşan matçda 90 dəqiqə meydanda olub.

Adana klubu Türkiyə Superliqasının 21-ci turunda növbəti dəfə xal itirib. Emre Akbaba adanalıları hesabda önə keçirsə də, qonaq komanda bərabərlik qolunu Şahruddinin qapısından keçirib. “Adana Dəmirspor” yeni baş məşqçi Hikmət Karamanın rəhbərliyi ilə ilk oyunda bir xal qazanıb.

Qeyd edək ki, Məhəmmədəliyevin komandası 30 xalla 6-cı pillədə qərarlaşıb. Şahruddin növbəti turda “Beşiktaş”a qarşı mübarizə aparacaq.

İdman.biz