“Qəbələ”nin yeni baş məşqçisi məlum oldu

16 Sentyabr 2026 12:56
93
“Qəbələ”nin yeni baş məşqçisi məlum oldu

“Qəbələ” futbol klubunun yeni baş məşqçisinin adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Bildirilib ki, “qırmızı-qaralar” Şimali Makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.

44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.

O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.

Qeyd edək ki, Y.Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub. Yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.

İdman.Biz