AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının beşinci turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
İdman.Biz-in məlumatına görə, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
Həsənov “Araz-Naxçıvan” - “Turan Tovuz” matçındakı mübahisəli epizodda baş hakim Elçin Məsiyevin yanlış qərar verdiyini bildirib.
