U-19 qızlarımız Moldovaya uduzdu

16 Sentyabr 2026 12:41
94
U-19 qızlarımız Moldovaya uduzdu

Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol millisi növbəti yoldaşlıq matçını keçirib.

İdman.Biz xəbər verir ki, komanda Moldova yığması ilə ikinci dəfə üz-üzə gəlib.

“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında sözügedən məkanda sentyabrın 14-də keçirilən və əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında Moldova millisi (5:4) qələbə qazanmışdı.

İdman.Biz