“Çox ciddi, intizamlı rəqiblə üz-üzə gələcəyik. Çempionluğa oynayırıqsa, hər matça qələbə üçün çıxmalıyıq”.
Bu sözləri “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov Birinci Liqanın üçüncü turunda “Şimal”a qarşı keçiriləcək oyun öncəsi deyib.
Təcrübəli mütəxəssis ilk iki turda maksimum xal toplayan komandasının hazırlıq prosesi və rəqibin gücü barədə fikirlərini bölüşüb.
“Şimal” əvvəlki turda MOİK-lə heç-heçə edərək (1:1) heç kimdən zəif olmadığını göstərdi. Əvvəlki iki oyuna necə hazırlaşmışıqsa, bu qarşılaşmaya da eyni qaydada hazırlaşmışıq. “Şimal” ilə oyuna yalnız qələbə üçün çıxacağıq”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, ”Şimal” - “Şahdağ Qusar” görüşü Şamaxı OİK stadionunda keçiriləcək. Matçın start fiti saat 16:30-da səsləndiriləcək.
