Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasının üçüncü turunun açılış oyununda “Karvan-Yevlax” və “Zaqatala” komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 6-cı dəqiqəsində qonaqların heyətində E. Məmmədov qırmızı vərəqə alıb. Bir nəfər azlıqda olan qonaq komandanı oyunun doqquzuncu dəqiqəsində İ. Əliyev məyus edib. O, 22-ci dəqiqədə fərqi iki topa çatdırıb. İlk hissəyə əlavə olunmuş üçüncü dəqiqədə E. Mustafayev komandasının üçüncü qolu vurub.
“Karvan-Yevlax” bu nəticədən sonra xallarının sayını altıya çatdırıb və turnir cədvəlində birinci pilləyə yüksəlib. “Zaqatala” isə dörd xalla beşinci pillədə qərarlaşıb.
Birinci Liqanın üçüncü turuna sentyabrın 18-də yekun vurulacaq.
12:08
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasının üçüncü turunda “Karvan-Yevlax” - “Zaqatala” qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 16:30-da başlayacaq oyun Yevlax şəhər stadionunda baş tutacaq.
Birinci Liqa, üçüncü tur
16 sentyabr
16:30. “Karvan-Yevlax” - “Zaqatala”
Yevlax şəhər stadionu.
Qeyd edək ki, tura sentyabrın 18-də yekun vurulacaq.
