Misli Premyer Liqasının beşinci turunda “Araz-Naxçıvan” və “Turan Tovuz” futbol komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Hesabı oyunun yeddinci dəqiqəsində meydan sahibləri açıblar. “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman avtoqolla “Araz-Naxçıvan”ı önə keçirib.
Qonaqlar ikinci hissədə geridönüş edib. 51-ci dəqiqədə İbrahima Vadji hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə oyuna cəmi beş dəqiqə əvvəl daxil olan Jo Batista fərqlənərək “Turan Tovuz”u 2:1 hesabı ilə önə çıxarıb.
Matçın sonlarına yaxın “Araz-Naxçıvan” penalti hüququ qazanıb. Baş hakim Elçin Məsiyevin qərarı VAR müdaxiləsindən sonra uzun müddət müzakirə olunsa da, qüvvədə saxlanılıb. 86-cı dəqiqədə Ağadadaş Salyanski 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 2:2.
Qeyd edək ki, bu heç-heçədən sonra “Turan Tovuz” xallarının sayını səkkizə çatdırıb və beşinci pillədə qalıb. “Araz-Naxçıvan” isə iki xalla 10-cu pilləyə qalxıb.
18:17
Baş hakim Elçin Məsiyevin "Turan Tovuz"un qapısına təyin etdiyi penalti zərbəsi VAR müdaxiləsindən sonra uzun müddət müzakirə edildikdən sonra qərar qüvvədə saxlanıldı. Ağadadaş Salyanski 86-cı dəqiqədə 11 metrlik cərimə zəribəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi - 2:2.
18:06
Beş dəqiqədir meydana çıxan Jo Batista 75-ci dəqiqədə "Turan Tovuz"u hesabda önə çıxarır - 2:1.
17:43
Oyunun 51-ci dəqiqəsində "Turan Tovuz" İbrahima Vadjinin qolu ilə hesabı bərabərləşdirir - 1:1.
17:35
Misli Premyer Liqasının beşinci turunda günün ilk oyunu - “Araz-Naxçıvan” - “Turan Tovuz” qarşılaşmasında ikinci hissə başladı.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqənin sonra hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.
17:20
Misli Premyer Liqasının beşinci turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Turan Tovuz” qarşılaşmasında birinci hisə başa çatdı.
İdman.Biz xəbər verir ki, 45 dəqiqənin sonunda hesabda irəlidə olan komanda “Araz-Naxçıvan”dır. Oyunun yeddinci dəqiqəsində avtoqol Emmanuel Hakman avtoqolla meydan sahiblərini hesabda önə çıxarıb.
16:40
Oyunun yeddinci dəqiqəsində avtoqol qeydə alındı. “Araz-Naxçıvan” hesabda önə çıxdı. Avtoqol müəllifi Emmanuel Hakman oldu.
16:28
Misli Premyer Liqasının beşinci turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Turan Tovuz” qarşılaşması başladı.
İdman.Biz xəbər verir ki, hazırda ev sahibi komandanın bir xalı var və sonuncu pillədə qərarlaşıb. “Turan Tovuz” isə dörd turdan sonra yeddi xalla beşinci pillədədir.
15:29
Misli Premyer Liqasının beşinci turunda qarşılaşacaq “Araz-Naxçıvan” və “Turan Tovuz” futbol komandalarının ilkin heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, saat 16:30-da başlayacaq oyuna komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
“Araz-Naxçıvan”:
99. Tərlan Əhmədli, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 2. Abdulla Rzayev, 8. Mustafa Əhmədzadə, 9. Ağadadaş Salyanskiy, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Mohamed Mara, 36. Mamadu Kane, 5. Luka Dumançiç.
Baş məşqçi: Zaur İsmayılov.
“Turan Tovuz”:
35. Aleksey Kenyaykin, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 23. Alexandro Serrano, 90. Jo Batista, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Baş məşqçi: Kurban Berdiyev.
09:15
Misli Premyer Liqasının beşinci turunda bu gün “Araz-Naxçıvan” və “Turan Tovuz” üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək və saat 16:30-da başlayacaq.
Görüşün baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.
VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Müslüm Əliyev olacaq. Qarşılaşmanın hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi isə Kifayət Mustafayevadır.
Komandalar Azərbaycan çempionatında indiyədək 11 dəfə üz-üzə gəliblər. Bu görüşlərin altısında “Turan Tovuz”, üçündə “Araz-Naxçıvan” qalib gəlib, iki qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti Tovuz klubunun xeyrinə 17:8-dir.
“Turan Tovuz” rəqibi ilə son beş qarşılaşmanın hamısında qol vurub. “Araz-Naxçıvan” isə bu rəqibə qarşı keçirdiyi son üç ev oyununda qələbə qazana bilməyib.
Komandaların son görüşü 17 aprel 2026-cı ildə keçirilib. Həmin qarşılaşmada “Turan Tovuz” 3:0 hesabı ilə qalib gəlib.
