Rəhim Həsənov səkkizinci turun mübahisəli hakim qərarlarını şərh edib - VİDEO

4 Noyabr 2026 14:42
25
Rəhim Həsənov səkkizinci turun mübahisəli hakim qərarlarını şərh edib - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov futbol üzrə Misli Premyer Liqasının 10-cu turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qurum rəsmisi “Kəpəz” - “İmişli” matçında baş hakimin səhv qərar verdiyini söyləyib.

R.Həsənovun sözlərinə görə, “İmişli”nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.

Bundan əlavə, sədr “Sumqayıt” - “Şəfa” qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.

İdman.Biz