“Sabahın Ulduzları” Bakı Kubokunda U-15 yaş qrupu üzrə 11-ci tura yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun son oyun günündə üç qarşılaşma keçirilib.
“Neftçi” “Rekord”u məğlub edərək ilkin mərhələni məğlubiyyətsiz başa vurub və zirvədə qərarlaşıb. “Qarabağ” “Sumqayıt”ı 5:0, “Ulduz” isə “Zəngəzur”u eyni hesabla məğlub edib.
Bu nəticələrlə “Neftçi”, “Qarabağ” və “Ulduz” yarımfinala vəsiqə qazanıblar.
Sabahın Ulduzları
U-15, 11-ci tur
“Rekord” - “Neftçi” 1:3
Qollar: Ayaz Kəlbəliyev, 4 - Sultan Orucov, 18, İlham Qubadov, 41, 56.
“Qarabağ” - “Sumqayıt” 5:0
Qollar: Raul Hüseynli, 16, 33, 49, Altay Haqverdiyev, 48, Məhəmməd Bağırov, 64.
“Zəngəzur” - “Ulduz” 0:5
Qollar: Fuad Yolçiyev, 1, Ramin Əhmədli, 20, Rəsul Qurbanlı, 36, 70, Cəbrayıl Əkbərov, 37.

17 sentyabrda U-15 liqasında yeddinci turun təxirə salınmış oyunu keçiriləcək:
“Zəngəzur” - EFA
