Azərbaycan Birinci Liqasında debüt etməyə hazırlaşan “Xankəndi” futbol klubunun heyətində üç ayrılıq baş verib.
İdman.Biz xəbər verir ki, Qarabağ təmsilçisi Emin Quliyev, Qurban Məhərrəmov və Nihad Ağayevlə yollarını ayırıb.
Klub futbolçulara komandada göstərdikləri xidmətə görə təşəkkür edib və onların gələcək karyeralarında uğurlar arzulayıb. Ayrılıqların səbəbi və oyunçuların yeni klubları barədə məlumat verilməyib.
Qurban Məhərrəmov “Xankəndi”yə 2026-cı ilin yanvarında qoşulmuşdu. “Qarabağ”ın əvəzedici komandasında çıxış etmiş qapıçının əvvəlki klubu “Şəki” olub.
Emin Quliyev isə ötən mövsüm komandanın hücum xəttində çıxış edib. Futbolçu İkinci Liqanın 19-cu turunda “Göygöl” üzərində qazanılan 5:0 hesablı qələbədə iki qol vurub.
Qeyd edək ki, “Xankəndi” 2025/2026 mövsümündə İkinci Liqanın çempionu olub və Birinci Liqada iştirak hüququ qazanıb. Komanda mövsümü 76 xalla birinci pillədə tamamlayıb.
