Aron Maluda “Sabah”dan ayrılmağa yaxındır

20 İyul 2026 10:27
322
Aron Maluda “Sabah”dan ayrılmağa yaxındır

“Sabah”ın futbolçusu Aron Maluda klubdan ayrılmağa yaxındır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, İsveçrənin “Bazel” klubu 20 yaşlı vingeri heyətinə qatmağa çox yaxındır.

İsveçrə təmsilçisi gənc futbolçunun transferi üçün “Sabah”a son təklifini göndərib. Maliyyə şərtləri açıqlanmasa da, Bakı klubunun rəhbərliyi bu təklifə müsbət yanaşır və tərəflər arasında razılığın yaxın olduğu bildirilir.

Qeyd edək ki, Aron Maluda ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxaraq doqquz qol vurub, dörd məhsuldar ötürmə edib. Onun xidmətində daha əvvəl Şotlandiyanın “Seltik” klubu da maraqlı idi.

İdman.Biz