“Sabah”ın futbolçusu Rauf Rüstəmli Premyer Liqa klublarının maraq dairəsindədir.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçini “Şamaxı” və “İmişli” komandalarının heyətinə qatmaq niyyətində olduğunu yazan idmanxeber.az paytaxt təmsilçisinin Rüstəmli barədə yekun qərar vermədiyini bildirir. Oyunçunun “bayquşlar”la yay toplanışına qatılacağı dəqiqdir.
Məhz bundan sonra onun taleyinə aydınlıq gələcək. Əgər baş məşqçi Valdas Dambrauskas Rüstəmli barədə müsbət rəy versə, komandada qalacaq. Əks halda, yenidən icarəyə göndəriləcək.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Sumqayıt” və “Karvan-Yevlax”da keçirib.
