“Xankəndi” “Zaqatala”nın futbolçusunu heyətinə qatdı

27 İyul 2026 16:56
96
“Xankəndi” “Zaqatala”nın futbolçusunu heyətinə qatdı

“Xankəndi” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda yarımmüdafiəçi Rəhman Şabanovu heyətinə qatıb.

Son olaraq “Zaqatala”da çıxış edən futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

İdman.Biz