“İmişli” yeni transferini açıqlayıb

27 İyul 2026 16:53
85
“İmişli” yeni transferini açıqlayıb

“İmişli” futbol klubu heyətini Fildişi Sahilindən olan yarımmüdafiəçi Yvan Seninlə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu ilə “2+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Y.Senin karyerası ərzində “Abican Siti”, “Sportinq”in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın “Şimal” klubunun formasını geyinib.

İdman.Biz