“Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva sosial şəbəkədə etdiyi paylaşımla diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, sağ cinah müdafiəçisi Braziliyada çəkilmiş fotosunu izləyiciləri ilə bölüşərək dostuna təşəkkür edib.
“Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun və xeyir-dua versin, dostum!”, - deyə futbolçu paylaşımında yazıb.
Lakin fotoda diqqət çəkən əsas məqam başqa olub. Belə ki, Braziliyada çəkilmiş şəkildə arxa fonda “Qarabağ”ın loqosu görünüb. Bu detal azarkeşlərin diqqətindən yayınmayıb və sosial şəbəkələrdə maraqla qarşılanıb.

